İdman

Azərbaycan Premyer Liqasında beşinci tur başlayır – AFİŞA

Sharing is caring!


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start veriləcək.

Oxu.Az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

“Sabah” doğma azarkeşləri önündə “Turan Tovuz”u qəbul edəcək. Matç saat 19:00-da başlayacaq.

Dörd turdan sonra “Turan Tovuz” altı xalla dördüncü, “Sabah” dörd xalla altıncıdır.

Azərbaycan Premyer Liqası

V tur

1 sentyabr

19:00. “Sabah” – “Turan Tovuz”

Baş hakim: Rauf Cabarov

“Bank Respublika Arena”

Qeyd edək ki, turun digər görüşləri sentyabrın 2-si və 3-də olacaq. “Qəbələ” “Zirə”ni, “Sumqayıt” “Neftçi”ni, “Kəpəz” “Araz Naxçıvan”ı, “Səbail” isə “Qarabağ”ı qəbul edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir