İdman

Rusiyada futbol azarkeşləri arasında kütləvi dava – VİDEO

Rusiyanın Bryansk vilayətinin Seltso şəhərində futbol azarkeşləri arasında kütləvi dava olub. Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Münaqişə Seltsodan olan “Sokol” və Bryanskın “Bejitsa” azarkeşləri arasında olub. Hər iki komanda Bryansk vilayətinin çempionatında çıxış edir. “Sokol”un nümayəndələri artıq şəhər sakinlərindən üzr istəyib, azarkeşlərin hərəkətini dəstəkləmədiklərini bildiriblər. Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları dava barədə ancaq sosial şəbəkələrdən […]

İdman

İranlı ağır atlet israilli rəqibinin əlini sıxdığına görə cəzalandı – FOTO

İranlı idmançı Mustafa Rəcayi Ləngərudi Polşanın ev sahibliyi etdiyi ağır atletika üzrə keçirilən yarışda israilli rəqibinin əlini sıxdığına görə ömürlük idmandan uzaqlaşdırılıb. Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib. Belə ki, iranlı və israilli idmançıların eyni platformada olmasını əks etdirən fotonun yayılması İranın Ağır Atletika Federasiyasının qəzəbinə səbəb olub. Fotoların birində Mustafa Ləngərudinin israilli […]

İdman

Ansu Fati “Tottenhem”ə keçmək istəyir

Ansu Fati İngiltərənin “Tottenhem”inə getmək qərarına gəlib. Bundan əvvəl bildirilmişdi ki, London klubu “Barselona”nın oyunçusunu bir mövsümlük icarəyə götürmək istəyir. Məlumata görə, futbolçu bununla razılaşıb. Futbolçunun atası Bori Fati İspaniyanın “Sevilya” klubuna üstünlük versə də, Ansunun özü Kataloniyadan olan klubunu İngiltərənin “Tottenhem”inə keçmək qərarı ilə bağlı məlumatlandırıb. Londonlular “Barselona” ilə transfer şərtlərini hələ razılaşdırmayıblar. La […]

İdman

“Çelsi” “Mançester Siti”nin futbolçusunu alır – FOTO

“Mançester Siti”nin yarımmüdafiəçisi Koul Palmer “Çelsi”yə keçməyə razılıq verib. Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb. O, bildirib ki, hazırda klublar danışıqlar aparır. Məlumata görə, londonlular yarımmüdafiəçi üçün təxminən 46 milyon avro ödəyəcək. Daha 6 milyon avro isə bonus olaraq veriləcək. Futbolçunun yeni komandaya qoşulmaq üçün yaxın vaxtlarda tibbi müayinədən keçəcəyi bildirilir.  Qeyd edək ki, […]

İdman

“Verder” və “Saraqosa”nın sabiq futbolçusu “Kəpəz”də – EKSKLÜZİV

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi gürcüstanlı yarımmüdafiəçi Giorgi Papunaşvilini transfer edib. Son olaraq ölkəsində “Telavi”nin formasını geyinən 27 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb. Gürcüstan millisinin üzvü Tbilisi “Dinamo”sunun yetirməsidir. O, karyerası ərzində Almaniyada “Verder”in, İspaniyada “Rasinq” və “Saraqosa”nın, Serbiyada “Radniçki”nin, Kiprdə “Apollon”un və ölkəsində […]

İdman

Azərbaycan taekvondoçusu Yekaterinburqda bürünc medal qazandı

Azərbaycan taekvondoçusu Adil Eyvazov Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında bürünc medal qazanıb. Oxu.Az xəbər verir ki, 58 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda rusiyalı Vladimir Mısova 0:2 hesabı ilə uduzaraq üçüncü yeri tutub. Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. […]

İdman

Azərbaycan millisinin və “Neftçi”nin oyunlarının təqvimi AÇIQLANDI

Azərbaycan millisinin və “Neftçi” klubunun 3×3 basketbolu üzrə Dünya Qadın Seriyasının Pon du Qar mərhələsində yer aldıqları qruplar və keçirəcəkləri oyunların təqvimi müəyyənləşib Oxu.Az xəbər verir ki, yarışın 21-ci mərhələsi 31 avqust-1 sentyabr tarixlərində Fransanın Pon du Qar şəhərində 16 komandanın iştirakı ilə baş tutacaq. Millimiz əsas qrupa vəsiqə qazanmaq üçün təsnifat qrupunda Monqolustan və Malayziya […]

İdman

Azərbaycan parataekvondoçuları Fransada üç medal əldə ediblər

Azərbaycan parataekvondoçuları Fransanın paytaxtı Parisdə keçirilən Qran-pridə üç medal əldə ediblər. Oxu.Az xəbər verir ki, təmsilçilərimiz G6 kateqoriyalı yarışı yarımfinalda uduzmaqla üçüncü pillədə başa vurublar. Sabir Zeynalov (58 kq) türkiyəli, İmaməddin Xəlilov (70 kq) argentinalı, Əbülfəz Abuzərli (80 kq) isə cənubi koreyalı irəqibinə məğlub olublar. Qeyd edək ki, hər üç parataekvondoçu K-44 kateqoriyasında qüvvəsini sınayıb. […]

İdman

“Qarabağ” “Olimpiya”ya qarşı cavab oyunu ərəfəsində son məşqinə çıxıb – FOTO

“Qarabağ” Bakıda Sloveniyanın “Olimpiya” komandasına qarşı keçirəcəyi UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu ərəfəsində son məşqinə çıxıb. “Report” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan hazırlığın ilk 15 dəqiqəsi media üçün açıq olub. Qeyd edək ki, avqustun 31-də oynanılacaq “Qarabağ” – “Olimpiya” görüşü saat 20:00-da başlayacaq. Qurban Qurbanovun yetirmələri ilk matçda rəqibini 2:0 hesabı ilə məğlub […]

İdman

Qurban Qurbanov: “Hesabı qorumağa çalışmayacağıq” – FOTO

“Qrup mərhələsi öncəsi son oyunumuzdur. İlk oyundan sonra üstünlüyümüz var, amma çox ciddi olmalıyıq. Bu komandaya qarşı boşalmaq olmaz”. Oxu.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Sloveniyanın “Olimpiya” klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib. Məşqçi ən yaxşı oyunlarından birini keçirməyə çalışacaqlarını bildirib: […]