İdman

Rusiyada futbol azarkeşləri arasında kütləvi dava – VİDEO

Sharing is caring!


Rusiyanın Bryansk vilayətinin Seltso şəhərində futbol azarkeşləri arasında kütləvi dava olub.

Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Münaqişə Seltsodan olan “Sokol” və Bryanskın “Bejitsa” azarkeşləri arasında olub. Hər iki komanda Bryansk vilayətinin çempionatında çıxış edir.

“Sokol”un nümayəndələri artıq şəhər sakinlərindən üzr istəyib, azarkeşlərin hərəkətini dəstəkləmədiklərini bildiriblər.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları dava barədə ancaq sosial şəbəkələrdən öyrəniblər (saxlanılan və ya xəstəxanaya yerləşdirilən olmayıb).

Mənbə: “BAZA” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir