Cəmiyyət

Ölkəyə yeni peyvəndlər gətirilib

Sharing is caring!


Azərbaycan Səhiyyə Nazirliyi ölkəyə qrip əleyhinə peyvənd gətirib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanda qrip və digər respirator xəstəliklər üzrə epidemioloji vəziyyət Səhiyyə Nazirliyinin daim diqqət mərkəzindədir. Bu məqsədlə Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən ölkə ərazisinə qrip əleyhinə peyvənd gətirilib.

“Peyvəndlərin Bakı şəhəri üzrə paylanılması artıq başa çatıb. Hazırda peyvənd materiallarının respublikanın digər şəhər və rayonlarına çatdırılması davam edir və yaxın zamanlarda yekunlaşacaq.

Qeyd edək ki, Azərbaycanda əhali arasında qrip əleyhinə peyvəndlənmə könüllü şəkildə aparılır. Qrip virusuna qarşı vaksinasiya xəstəliyin profilaktikası üçün əhəmiyyətlidir”, – deyə məlumatda qeyd olunur.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir