İdman

“Çelsi” “Mançester Siti”nin futbolçusunu alır – FOTO

Sharing is caring!


“Mançester Siti”nin yarımmüdafiəçisi Koul Palmer “Çelsi”yə keçməyə razılıq verib.

Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

O, bildirib ki, hazırda klublar danışıqlar aparır.

Məlumata görə, londonlular yarımmüdafiəçi üçün təxminən 46 milyon avro ödəyəcək. Daha 6 milyon avro isə bonus olaraq veriləcək. Futbolçunun yeni komandaya qoşulmaq üçün yaxın vaxtlarda tibbi müayinədən keçəcəyi bildirilir. 

Qeyd edək ki, K.Palmer “Mançester Siti” klubunun yetirməsidir. 21 yaşlı futbolçu 2021-ci ilin iyulunda böyüklərdən ibarət komandada oynamağa başlayıb. Palmer “Şəhərlilər”in 19 oyununda iştirak edib. İngilis futbolçunun hazırkı klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimi qüvvədədir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir