İdman

FIDE hakimi: “Dünya şahmatı bu turnirdə Nicat Abasovu qazandı” – MÜSAHİBƏ

Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku başa çatmaq üzrədir. Dünyanın diqqət mərkəzində olan turnir üçün idmançılar və nümayəndələrlə yanaşı, bir çox tanınmış mütəxəssis də Bakıya təşrif buyurub. Onlardan biri də Beynəlxalq Şahmat Federasiyasının (FIDE) hakimi Boris Postovskidir. SSRİ çempionu olan 86 yaşlı mütəxəssis 1990-2000-ci illərdə Rusiya millisinin baş məşqçisi olub. Onun rəhbərliyi altında komanda 4 […]

İdman

“Qarabağ” Sloveniyaya səfər proqramını açıqladı

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda “Olimpiya”nın qonağı olacaq “Qarabağ”ın Sloveniyaya səfər proqramı məlum olub. Ağdam klubunun Mətbuat Xidmətinin yaydığı məlumata görə, komanda matçdan bir gün əvvəl – avqustun 23-ü saat 11:00-da sözügedən ölkəyə yollanacaq. Həmin gün Bakı vaxtı ilə 21:15-də baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı olacaq. Komandanın media nümayəndələrinə nəzərdə tutulmuş 15 […]

İdman

“Qarabağ” Braziliya millilərində oynamış futbolçunu transfer edə bilər

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirə bilər. Ağdam təmsilçisi Braziliyanın “Koritiba” klubunun yarımmüdafiəçisi Qabriel Boşilya ilə maraqlanır. Məşhur “Transfermarkt” portalı keçidin reallaşma ehtimalını 88 faiz qiymətləndirir. 27 yaşlı futbolçu karyerası ərzində Fransanın “Monako”, “Nant” kimi klublarında çıxış edib. O, 2022-ci ildə ölkəsinin “İnternasional” komandasından “Koritiba”ya keçib. Yarımmüdafiəçinin hazırkı klubu ilə müqaviləsi bu ilin sonuna qədərdir. Boşilya […]

İdman

“Sabah” səs-küylü transferə hazırlaşır

Rusiyanın “Ximki” klubunun yarımmüdafiəçisi Ayaz Quliyev karyerasını “Sabah”da davam etdirə bilər. Bu barədə “Sport-Express” məlumat yayıb. Bildirilib ki, futbolçu hazırda I Liqa təmsilçisində fərdi proqram üzrə məşq edir. Onun hər hansı zədəsi yoxdur. A.Quliyev sonuncu dəfə iyulun 17-də “Tümen”lə çempionat oyununda (1:3) “Ximki”nin heyətində meydana çıxıb. Ayazın atası Bəxtiyar Quliyev azərbaycanlıdır. Futbolçu Moskva “Spartak”ının yetirməsidir […]

İdman

Avropa birinciliyi: İki boksçumuz medalı təmin etdi

Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində 1/4 final döyüşlərinə start verilib. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, mərhələnin ilk günündə millimizin iki idmançısı rinqdən qalib ayrılıb. İsmayıl Vəliyev (70 kq) italiyalı Françesko di Palmo ilə üz-üzə gəlib. Döyüş boksçumuzun 4:0 (30:27, 29:28, 29:28, 28:28, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb. Onun uğurunu Səftər Məmmədzadə […]

İdman

Daha bir taekvondoçumuz Cənubi Koreyada medal qazandı

Azərbaycanın daha bir parataekvondoçusu Cənubi Koreyanın Çhunçhon şəhərində keçirilən açıq dünya çağırış yarışında medal qazanıb. Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, G4 kateqoriyalı beynəlxalq turnirin ikinci günündə Əbülfəz Abuzərli (80 kiloqram, K-44) fəxri kürsüyə yüksəlib. Yığma üzvü bürünc medala yiyələnib. Bununla da, komandanın turnirdə qazandığı mükafat sayı ikiyə çatıb. Abuzərlidən əvvəl İmaməddin Xəlilov (70 kiloqram, K-44) […]

İdman

Dünya Kuboku: Nicat Abasovun üçüncülük oyunu, Karlsen finalda gənc hindistanlıya qarşı – AFİŞA

Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku sona yaxınlaşır. Oxu.Az xəbər verir ki, bu gün final və üçüncülük uğrunda görüşlər başlayacaq. Azərbaycan şahmatçısı Nicat Abasov ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşacaq. Üçüncülük qarşılaşması saat 15:00-da başlayacaq. Eyni vaxtda ilk final görüşü də keçiriləcək. Titul uğrunda keçmiş dünya çempionu, norveçli Maqnus Karlsen ilə 18 yaşlı hindistanlı qrosmeyster […]

İdman

“Milan” A Seriyasına qələbə ilə başladı – VİDEO

Futbol üzrə İtaliya A Seriyasının 2023/2024-cü illər mövsümünün ilk turu çərçivəsində  “Bolonya” – “Milan” qarşılaşması baş tutub. Oxu.Az xəbər verir ki, qarşılaşma qonaqların iki top fərqli qələbəsi ilə başa çatıb. Hesabı 11-ci dəqiqədə O.Jiru açıb. 21-ci dəqiqədə C.Pulisiç yekun hesabı müəyyənləşdirib. Qeyd edək ki, ilk turdan sonra “Milan” turnir cədvəlində dördüncü, “Bolonya” isə 16-cı pillədə […]