İdman

“Verder” və “Saraqosa”nın sabiq futbolçusu “Kəpəz”də – EKSKLÜZİV

Sharing is caring!


“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi gürcüstanlı yarımmüdafiəçi Giorgi Papunaşvilini transfer edib.

Son olaraq ölkəsində “Telavi”nin formasını geyinən 27 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.

Gürcüstan millisinin üzvü Tbilisi “Dinamo”sunun yetirməsidir. O, karyerası ərzində Almaniyada “Verder”in, İspaniyada “Rasinq” və “Saraqosa”nın, Serbiyada “Radniçki”nin, Kiprdə “Apollon”un və ölkəsində “Samtrediya” ilə Kutaisi “Torpedo”sunun da formasını geyinib. O, yığma komandada 17 matçda üç qol vurub.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir