Dünya

Ərdoğan: “Məzunlarımız arasında Azərbaycandan qonaq tələbələrimiz də var”

Sharing is caring!


Beynəlxalq siyasətdə BRİKS, NATO və Türk Dövlətləri Təşkilatı kimi birliklər çoxtərəfli əməkdaşlıq platforması kimi çəkisini getdikcə artırır.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradakı hərbi akademiyada çıxışı zamanı deyib.

O, akademiyanın məzunlarının terrorla mübarizədə, vətənin müdafiəsində və ölkəni təmsil etdikləri beynəlxalq missiyalarda əldə etdikləri uğurlardan da söz açıb və bu gənclərin iştirakı ilə Türkiyə Silahlı Qüvvələrinin daha da güclənəcəyinə inamın ifadə edib.

“Məzunlarımız arasında Azərbaycandan Bosniya və Herseqovinaya, İordaniyadan Seneqala və Somaliyə, Albaniyadan Monqolustana kimi 15 müxtəlif ölkədən qonaq tələbələrimiz də var”,- deyə o, əlavə edib.

Prezident dünyada pandemiya ilə başlayan və Ukraynada müharibəylə kəskinləşən böhrana da toxunub və bu hadisələrin qlobal miqyasda iqtisadiyyata və siyasətə mənfi təsir göstərdiyini deyib.

“Bütün dövlətlər, o cümlədən inkişaf etmiş ölkələr son 60-70 ildə ən yüksək inflyasiya templəri ilə üzləşiblər”,- deyə o əlavə edib.

Türkiyə lideri həmçinin təhlükəsizlik riskləri fonunda müdafiə sənayesinə xərclərin hər yerdə artdığına diqqət çəkib.

O əlavə edib ki, bir neçə il əvvəl neytrallığı öz dəyəri hesab edən bir sıra ölkələr indi müdafiə paktlarına qoşulmağa məcburdur.

Mənbə: Hürriyet

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir