İdman

Baş məşqçi: “Parataekvandoçularımızın uğurları “Paris-2024” Yay oyunlarına lisenziya xalları qazandırır”

Sharing is caring!


Bu ilin avqustunda Avropa paralimpiya çempionatı, açıq dünya çağırış yarışı və Qran-pridə parataekvandoçularımızın qazandığı uğurlar gələn il baş tutacaq Paris-2024 Yay Olimpiya və Paralimpiya oyunlarına lisenziya xalları qazandırır.

Bunu “Report”a beynəlxalq yarışlarda uğurla çıxış edən parataekvondo üzrə milli komandanın baş məşqçisi Fərid Tağızadə deyib.

Baş məşqçi bildirib ki, avqust ayında keçirilən beynəlxalq yarışlarda medallar qazanan idmançılarımız dünya reytinqində ilk sıralarda qərarlaşıblar:

“İmaməddin Xəlilov (70 kq, K-44) dünya reytinq sıralamasında ikinci, Sabir Zeynalov (58 kq, K44) üçüncü, Əbülfəz Abuzərli (80 kq, K-44) altıncı, Röyalə Fətəliyeva (52 kq, K44) isə səkkizinci yerdədirlər”.

Qeyd edək ki, parataekvondoçularımız 14-16 avqust tarixlərində Niderlandın Rotterdam şəhərindəki Avropa paralimpiya çempionatında 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Cənubi Koreyanın Çhunçhon şəhərində keçirilən açıq dünya çağırış yarışında komandamız 1 qızıl, 1 bürünc medala sahib çıxıb. Fransanın paytaxtı Parisdə baş tutan parataekvondo üzrə Qran-pridə isə 3 bürünc medalla kifayətlənib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir