İdman

“Barselona”nın klub televiziyası əməkdaşları tətil edir

Sharing is caring!

“Barselona”nın klub televiziyası heyətin tətili səbəbindən katalonların “Atletiko Madrid” ilə oyununu yayımlamayacaq.

İşçilər əmək haqqının artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. İşçi komitənin sədri Ernest Mendesin sözlərinə görə, bəzi işçilərin maaşı heç 1000 avroya çatmır.

Bundan əlavə, işçilər iş şəraitinə – xüsusən də istirahət vaxtı və iş vaxtından artıq iş normalarına əməl edilməməsindən şikayətlənirlər.

“Telefónica” işçilərə 2023-cü ildə maaş artımı təklif etsə də, lakin “Barselona” klubunun televiziya əməkdaşları artımı qeyri-kafi hesab edərək bu təklifi qəbul etməyiblər.

Tətil çərçivəsində “Barsa TV” yanvarın 8-də yerli vaxtla saat 19:45-dən 23:45-dək yayımını dayandıracaq. Buna görə də La Liqanın 16-cı turunun “Atletiko” – “Barselona” oyunu işıqlandırılmayacaq.

Qeyd edək ki, “Barsa TV” əməkdaşlarının ilk tətili dekabrın 31-də 15-ci turun “Espanyol”la oyununda olub və heyətin 100%-i tərəfindən dəstəklənib.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir