İdman

Avropa paralimpiya çempionu: “Dünya üzrə də yüksək nəticə əldə etmək əzmindəyik”

Sharing is caring!


“Qarşıda bizi Meksikada daha bir Qran-pri və dünya çempionatı gözləyir. Bu yarışlarda da yüksək nəticə əldə etmək əzmindəyik”.

Bunu “Report”a avqust ayında baş tutan beynəlxalq yarışlarda bir qızıl, 2 bürünc medal qazanaraq Vətənə dönən parataekvondoçumuz Əbülfəz Abuzərli deyib.

O, bu yarışlarda idmançılarımıza dəstək olan Gənclər və İdman Nazirliyi, Milli Paralimpiya Komitəsi və Azərbaycan Taekvando Federasiyasına təşəkkürünü bildirib.

Qeyd edək ki, parataekvondoçularımız 14-16 avqust tarixlərində Niderlandın Rotterdam şəhərindəki Avropa paralimpiya çempionatında 2 qızıl, bir gümüş və 2 bürünc medal qazanıblar. Cənubi Koreyanın Çhunçhon şəhərində keçirilən açıq dünya çağırış yarışında komandamız bir qızıl, bir bürünc medala sahib çıxıb. Fransanın paytaxtı Parisdə baş tutan parataekvondo üzrə Qran-pridə isə 3 bürünc medalla kifayətlənib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir