Cəmiyyət

Bakıda bir bakal pivəyə görə ağır “hesab”: 10 sutkalıq həbsə düşdü – TƏFƏRRÜAT

Sharing is caring!


Bakının Nizami rayonunda kafedə dava olub. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayon ərazisində olan “Babək-44” adlı kafedə baş verib.

Beyləqan rayon sakini, 1984-cü il təvəllüdlü Pərviz kafedə dava salıb, orada işləyən xanım ofisiantı söyüb, təhqir edib. 

İş üzrə izahat verən Pərvizin sözlərinə görə, bu ilin avqustun 6-da, axşam saatlarında sərxoş vəziyyətdə “Babək-44” adlı kafeyə gəlib və bir bakal pivə sifariş verib: 

“Ofisiant xanım mənə pivə vermədiyi üçün aramızda mübahisə yarandı. Spirtli içkinin təsiri altında olduğum üçün ofisiant xanımla mübahisə etdim və onu təhqir etdim”.

Təqsirli bilinən şəxsin sözlərinə görə, avqustun 7-də, saat 22:00-da yenidən sərxoş vəziyyətdə həmin kafeyə gəlib və orada səs-küy salaraq mübahisə edib. 

O, əməlindən peşman olduğunu, üzr istədiyini deyib. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən qadın qeyd edib ki, “Babək-44” adlı kafedə ofisiant işləyir: 

“Pərviz mütəmadi olaraq kafeyə gəlib pivə sifariş verib. Pivəni içdikdən sonra pulunu ödəmədən çıxıb gedib. Avqustun 6-da, axşam saatlarında Pərviz sərxoş halda kafeyə gəldi. Yenidən pivə sifariş verən zaman ona pivə verməyəcəyimi bildirdim. 

Bundan sonra Pərviz ünvanıma təhqiramiz ifadələr səsləndirdi, ardınca da masanın üzərində olan pivə bakalını yerə vuraraq sındırdı. Orada olan müştərilər Pərvizi sakitləşdirdilər, kafedən çıxartmaq istədikləri zaman əli ilə qapının şüşəsinə zərbə vuraraq şüşəni sındırdı. Bununla da özünə xəsarət yetirdi. Avqustun 7-də Pərviz yenidən sərxoş vəziyyətdə kafeyə gəldi. Orada səs-küy salaraq, məni nalayiq sözlərlə təhqir etdi”. 

Nizami Rayon Məhkəməsinin qərarı ilə Pərviz 10 sutka müddətinə inzibati qaydada həbs edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir