Dünya

Avropa ölkəsində elektrik enerjisi pulsuz oldu

Sharing is caring!


Norveç enerji treyderi “Kinect Energy” tərəfindən edilən səhv noyabrın 24-də Finlandiya əhalisinin beşdə biri üçün elektrik enerjisinin qısa müddətə pulsuz olması ilə nəticələndi.

Bu barədə enerji treyderinin bölməsinin açıqlamasında bildirilir.

Finlandiyadan hər beşinci istehlakçı elektrik enerjisini mübadilə qiymətinə əlavə dəyər vergisi ödəyir.

Lakin cümə axşamı günü axşam yerli enerji bazarında qeyri-adi vəziyyət yaranıb. “Kinect Energy” şirkəti noyabrın 23-də bir saatlıq hərracda səhvən Finlandiyada istehlak edilən bütün elektrik enerjisinin təxminən yarısına bərabər olan hissəsini satmağı təklif edib. Nəticədə, “Nord Pool” birjasında gündüz ticarət sessiyasında ölkədə elektrik enerjisinin qiyməti 1 meqavat-saat üçün -500 avro (təxminən 927 manat – red.) səviyyəsində olub.

Nəticədə, Norveç enerji tacirinin səhvi Finlandiyada enerji istehlakının beş faiz artmasına səbəb olub.

Mənbə: Bloomberg

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir