İdman

Milyonların gözü qarşısında qadın futbolçunu öpən federasiya prezidenti istefa verdi

Luis Rubiales İspaniya Kral Futbol Federasiyasının (RFEF) prezidenti vəzifəsini rəsmən tərk edib. Bu barədə RFEF açıqlama yayıb. Rubiales qadınlardan ibarət İspaniya millisinin futbolçusu Cenni Ermoso ilə öpüşmə qalmaqalı səbəbindən postundan gedib. Həmçinin ispaniyalı funksioner UEFA-nın vitse-prezidenti postunu tərk edib. Xatırladaq ki, ispanların ingilisləri məğlub etdikləri (1:0) dünya çempionatının finalından sonra keçirilən mükafatlandırma mərasimində millinin qələbəsinə sevinən […]

İdman

Əcnəbilərlə dolu millimizin Avropa “performans”ı – Xaos nə zaman bitəcək? + FOTO

Melissa Varqas əslən Kubadandır. O, bu ölkənin voleybol millisində uzun illər çıxış etdikdən sonra Türkiyə yığmasına cəlb olunub. Qonşu ölkənin “Fənərbağça” klubunda forma geyinən idmançı bir müddət əvvəl milli komanda ilə Avropa çempionu oldu. Tarixində ilk dəfə “köhnə qitə”nin ən güclüsü adını qazanan “torun sultanları”nın heyətində diqqətləri ən çox çəkən də məhz Varqas idi. O, […]

İdman

Elşad Quliyev: “Daha yaxşı nəticə qazana biləcəyimizə və xalqımızı sevindirəcəyimizə inanıram” – MÜSAHİBƏ

“Zirə” ilk dəfə qatıldığı minifutbol üzrə Çempionlar Liqasında bürünc medal qazanıb. Komandanın baş məşqçisi Elşad Quliyev Rumıniyanın Oradea şəhərində keçirilən yarışda qazanılan nailiyyətlə bağlı “Report”un suallarını cavablandırıb. Yığmada da eyni vəzifəni yerinə yetirən mütəxəssis qarşıdakı hədəflərdən də söz açıb: – “Zirə” ilk dəfə iştirak etdiyi yarışda bürünc medal əldə etdi. Təəssüratlarınız necədir? – Turnir bizim […]

İdman

Toqo millisinin futbolçusu Azərbaycan klubunda

“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib. Oxu.Az xəbər verir ki, Premyer Liqa təmsilçisi qanaəsilli müdafiəçi Emanuel Hekmanla anlaşıb. Tərəflər yaxın zamanda münasibətləri rəsmiləşdirəcəklər. Toqo millisinin müdafiəçisinin son klubu Serbiyanın “Mladost”u olub. O, əvvəllər Portuqaliyada “Boavişta”, “Portimonense”, “Jil Visente” kimi komandalarda çıxış edib. Faiq Tahirov Xeberal.az

İdman

Millimizin baş məşqçisi: “Lukaku hələ ideal formada deyil”

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Belçika yığmasının hücumçusu Romelu Lukakunun komandamıza qarşı AVRO-2024-ün seçmə mərhələ oyunundakı performansı barədə danışıb. İtaliyalı mütəxəssis ideal formada olmamasına baxmayaraq, forvardın yığmanı təzyiqdə saxladığını deyib: “Lukaku hələ ideal formada deyil, amma inkişaf edir. Bizimlə görüşdə də bütün xüsusiyyətlərini göstərdi. Lukaku bizi daim təzyiqdə saxladı. Arxası qapıya həmişə yaxşıdır. […]

İdman

İrina Zaretska İrlandiyada çempion oldu

Azərbaycanın qadın karateçisi İrina Zaretska İrlandiyanın paytaxtı Dublində keçirilən Karate-1 Premyer Liqa turnirinin qalibi olub. Oxu.Az xəbər verir ki, 68 kq çəki dərəcəsində yarışan idmançı finalda əsas rəqibi isveçrəli Yelena Kiriçini məğlub edərək birinci yeri tutub. Qeyd edək ki, bu, Zaretskanın bu il Premyer Liqanın mərhələlərində ikinci qələbəsidir. Daha əvvəl o, Rabatda (Mərakeş) qalib gəlib. Xeberal.az

İdman

Futzal üzrə Azərbaycan millisinin heyəti açıqlandı – SİYAHI

DÇ-2024-ün elit-raund mərhələsində sentyabrın 15-də səfərdə Rumıniya, beş gün sonra Bakıda Niderland yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisinin təlim-məşq toplanışı başlayıb. Federasiyadan verilən məlumata görə, bu gün və sabah Bakıda hazırlıq keçəcək komanda sentyabrın 13-də Bakı-İstanbul-Buxarest hava reysi ilə səfərə yollanacaq. İki gün oyunun keçiriləcəyi Buzau şəhərindəki “Romeo lamadi arena”da məşq edəcək kollektiv matçın […]

İdman

Gimnastika yığmamız beynəlxalq turnirin qalibi oldu

Akrobatika gimnastikası üzrə Azərbaycan yığması Polşanın paytaxtı Varşavada keçirilən “Wars and Sawa Cup” beynəlxalq turnirinin qalibi olub. Gimnastika Federasiyasından verilən məlumata görə, millimiz yarışı qızıl medalla başa vurub. Buna Ağasif Rəhimov və Raziyə Seyidli (qarışıq cütlük), Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Bashiri (yeniyetmələrdən ibarət qrup), Daniel Abbasov və Murad Rəfiyev (cütlük) nail olublar. Xeberal.az

İdman

Belçikaya məğlubiyyət milli üzvlərini böyük məbləğdə mükafatdan məhrum edib

Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində Belçikaya məğlub olduğu üçün böyük məbləğdə mükafat almaqdan məhrum olub. Oxu.Az xəbər verir ki, federasiya qələbə üçün start heyətdə meydana çıxan hər oyunçuya 50 min manat vəd edib. Meydana sonradan çıxan və ehtiyatda qalan oyunçulara bu məbləğin müəyyən faizi nəzərdə tutulub. Heç-heçəyə görə isə hər ilk 11-lik oyunçusu […]

İdman

Avropa Çempionatında Azərbaycan yığması gümüş medal qazanıb – FOTO

Almaniyanın Düsseldorf şəhərində at polosu üzrə 14-cü Avropa Çempionatında Azərbaycan yığması həlledici final oyununa çıxıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Sentyabrın 10-da komandamız son Avropa çempionu İspaniya yığması ilə qarşılaşıb və çətin mübarizədə məğlub olaraq gümüş medala layiq görülüb. Komandamız bu mötəbər tədbirdə 3-cü dəfə iştirak etməsinə baxmayaraq, Avropanın ən güclü 8 […]