İdman

Millimizin baş məşqçisi: “Lukaku hələ ideal formada deyil”

Sharing is caring!


Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Belçika yığmasının hücumçusu Romelu Lukakunun komandamıza qarşı AVRO-2024-ün seçmə mərhələ oyunundakı performansı barədə danışıb.

İtaliyalı mütəxəssis ideal formada olmamasına baxmayaraq, forvardın yığmanı təzyiqdə saxladığını deyib:

“Lukaku hələ ideal formada deyil, amma inkişaf edir. Bizimlə görüşdə də bütün xüsusiyyətlərini göstərdi. Lukaku bizi daim təzyiqdə saxladı. Arxası qapıya həmişə yaxşıdır. Yarımmüdafiədən dəstək verilsə, onu dayandırmaq çox çətin olar. Lukakunu reaktiv gördüm, meydanda xeyli vaxt oldu. İndi sadəcə, müntəzəm oynamalıdır. Fiziki gücü var, tam forma yığandan sonra yırtıcı olacaq. “Roma” üçün əla transferdir, onlara belə hücumçu lazım idi. Lukaku Dibala ilə əla performans sərgiləyəcək”.

Qeyd edək ki, “Dalğa Arena”da keçirilən Azərbaycan – Belçika matçında qonaqlar qələbə qazanıb – 0:1.

Mənbə: tuttomercatoweb.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir