Cəmiyyət

Emin Əmrullayev: “Əsas hədəfimiz mövcud problemlərin həllinə nail olmaqdır”

Sharing is caring!


Təhsil yolu islahatını addım-addım getməliyik. Problem olan yerdə islahatdan söhbət gedir. Əsas hədəfimiz də mövcud problemlərin həllinə nail olmaqdır.

“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev paytaxtdakı təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, təhsildə ən əhəmiyyətli dövr erkən yaş dövrüdür:

“Təhsil sistemimiz sanki tərs qurulub. Qabaqcıl ölkələrdə erkən yaşdakı uşaqlara tədris verənlər ən yüksək təhsil biliyinə malik olan şəxslərdir. Bizdə isə bağçalarda təhsilverənlərin, demək olar ki, yarısı bu sahədə təhsili olmayanlardır. Hansı rayonda ibtidai sinif müəllimlərinin bilik səviyyəsi ilə bağlı problem varsa, orada uşaqların da bilik səviyyəsi aşağıdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir