İdman

Milyonların gözü qarşısında qadın futbolçunu öpən federasiya prezidenti istefa verdi

Sharing is caring!


Luis Rubiales İspaniya Kral Futbol Federasiyasının (RFEF) prezidenti vəzifəsini rəsmən tərk edib.

Bu barədə RFEF açıqlama yayıb. Rubiales qadınlardan ibarət İspaniya millisinin futbolçusu Cenni Ermoso ilə öpüşmə qalmaqalı səbəbindən postundan gedib.

Həmçinin ispaniyalı funksioner UEFA-nın vitse-prezidenti postunu tərk edib.

Xatırladaq ki, ispanların ingilisləri məğlub etdikləri (1:0) dünya çempionatının finalından sonra keçirilən mükafatlandırma mərasimində millinin qələbəsinə sevinən Luis Rubiales futbolçu Cennifer Ermosonu qucaqlayıb və dodaqlarından öpüb. FIFA Rubialesə qarşı “Kobud davranış və ədalətli oyun prinsiplərinin pozulması” maddəsi ilə intizam işi açıb və onu müvəqqəti olaraq futbol fəaliyyətindən uzaqlaşdırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir