İdman

Canni De Byazi: “Azərbaycan millisində ilki həyata keçirdik”

Sharing is caring!


“Azərbaycan millisi tarixi ərzində heç vaxt ardıcıl beş oyunda qələbə qazanmamışdı. Biz bir ilki həyata keçirdik. Bu, məni düzgün istiqamətdə olduğumuzu düşünməyə vadar edir”.

Bu sözləri Azərbaycan futbol millisinin baş məşqçisi Canni De Byazi müsahibəsində deyib.

67 yaşlı mütəxəssis AVRO-2024-ün seçmə mərhələsində çətin qrupa düşdüklərini bildirib:

“Avropa çempionatının seçmə mərhələsində Belçika, Avstriya və İsveçlə birlikdə inanılmaz qrupa düşmüşük. Böyümək üçün hələ çox yolumuz var. Millətlər Liqasında yaxşı çıxış etdik. Təəssüf ki, qrupda birinci yeri tuta bilmədik. Qazaxıstanla səfər oyununda qalib gəlmək üçün inanılmaz statistikamız var idi. Lakin sonda məğlub olduq”.

Qeyd edək ki, Canni De Byazi 2020-ci ildən Azərbaycan millisinə rəhbərlik edir.

Mənbə: inter-news.it

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir