Dünya

İstanbuldakı terrora görə 17 nəfər həbs olundu

Sharing is caring!

Türkiyənin İstanbul şəhərində altı nəfərin ölümü, 81 nəfərin yaralanması ilə nəticələnən terror hadisəsini həyata keçirən Ahlam Albaşir də daxil olmaqla 51 nəfər saxlanılıb.

Albaşirin də aralarında olduğu 17 şübhəli “dövlətin birliyini və bütövlüyünü pozmaq”, “qəsdən öldürmək”, “qəsdən öldürməyə kömək etmək”, “qəsdən öldürməyə cəhd” maddələri ilə həbs edilib. Üç şübhəli məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Prokurorluq tərəfindən sərbəst buraxılan 29 şübhəli isə deportasiya ediləcək.

Mənbə: DHA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir