İdman

“Mançester Siti”dən 62 milyon avroluq transfer

Sharing is caring!


İngiltərənin “Mançester Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

İnsayder Fabritsio Romanonun yaydığı məlumata görə, “şəhərlilər” digər Premyer Liqa təmsilçisi “Vulverhempton”dan Mateus Nunyesi transfer ediblər. Tərəflər beşillik müqaviləni razılaşdırıblar.

“Transfermarkt” portalı bu keçidin “Mançester Siti”yə 62 milyon avroya başa gəldiyini yazıb.

Portuqaliya millisinin üzvü keçən ilin yayında “Sportinq”dən “Vulverhempton”a transfer olunub. 25 yaşlı mərkəz yarımmüdafiəçisi bu mövsüm iki matçı əvəz edilmədən keçirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir