İdman

“Qarabağ” üçün ideal qrup axtarışında: Ən pis ssenari necə olar?

Sharing is caring!


Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkü atılacaq.

Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibləri müəyyənləşəcək. Ağdam klubu püşkatmaya ikinci səbətdən qatılacaq. Bu da o anlama gəlir ki, Qurban Qurbanovun komandası özündən daha aşağı reytinqli iki kollektivlə eyni qrupda yer alacaq.

Bəs Azərbaycan çempionu üçün ideal püşk necə olar? Ən pis ssenari necədir?

Birinci səbətdə çox güclü komandalar var. Buna görə də oradan rəqib seçmək çətindir. Yalnız Şotlandiya “Reyncers”ini münasib hesab etmək olar. Qətiyyən qarşılaşmaq istəməyəcəyimiz rəqiblərə gəlincə, burada “Liverpul”, “Roma”, “Ayaks” kimi kollektivləri qeyd edə bilərik. “Qarabağ”ın bu komandalara qarşı şansı çox az olar.

Üçüncü səbətdən gələcək rəqib də asan olmayacaq. Burada ən ideal variant Moldova “Şerif”idir. Avstriya “Şturm”u da münasib hesab olunmalıdır. Ən pis ssenari isə üçüncü səbətdən “Brayton”un gəlməsi olardı. Eyni zamanda “Frayburq” da arzulounmazdır.

Dördüncü səbətdə münasib komandaların sayı daha çoxdur. Serbiya “Baçka Topola”sı, İsveçrə “Servette”si, İsveç “Hakken”i ilə qarşılaşmaq pis olmazdı. Lakin “Tuluza”, “Panatinaikos”, AEK gəlsələr, problem yaradacaqlar.

Beləliklə, ideal qrup belə olar: “Reyncers”, “Qarabağ”, “Şerif”, “Baçka Topola”.

Ən pis ssenari isə bu formadadır: “Liverpul”, “Qarabağ”, “Brayton”, “Tuluza”.

Qeyd edək ki, qrup mərhələsinin püşkatma mərasimi saat 15:00-da keçiriləcək.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir