Cəmiyyət

DİM islamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib

Sharing is caring!


İslamşünaslıq ixtisası üzrə boş qalan yerlərə qəbul olmaq istəyən abituriyentlər müsahibədə iştirak etmək üçün 1-4 sentyabr tarixlərində saat 9:30-dan 17:30-a dək Azərbaycan İlahiyyat İnstitutuna (Məhəmməd Naxçıvani küçəsi, 29) ərizə ilə müraciət edərək qeydiyyatdan keçməlidirlər.

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb

Tələb olunan sənədlər arasında şəxsiyyət vəsiqəsi, buraxılış və qəbul imtahanlarının nəticələrinə dair arayış yer alır.

İslamşünaslıq ixtisası üzrə Dini-Psixoloji Komissiya (DPK) Bakıda fəaliyyət göstərəcək. DPK-nın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər və DİM-in əməkdaşları daxil edilirlər.

Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışları və dünyəvilik anlayışı, psixoloji parametrlərinin islamşünaslıq ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılır.

Qeyd edək ki, müsahibədə III ixtisas qrupunu seçmiş və müsabiqə şərtlərinə əsasən ümumi balı 150, o cümlədən qəbul imtahanının II mərhələsi üzrə balı minimum 50 olan abituriyentlər iştirak edə bilərlər. Yalnız müsahibədən məqbul qiymət almış abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində Azərbaycan İlahiyyat İnstitutunun islamşü­nas­lıq ixtisasını qeyd edə biləcəklər.

III ixtisas qrupunun islamşünaslıq ixtisası üzrə müsabiqə abituriyentin qəbul imtahanında (iki mərhələnin nəticəsində) topladığı ümumi bal əsasında aparılır.

Bu ilin avqust ayında keçirilmiş müsahiblərdə iştirak edib qeyri-məqbul alan abituriyentlər təkrar müsahibəyə buraxılmır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir