Cəmiyyət

Sumqayıt ekspres avtobusları ilə bir gündə 98 reys həyata keçirilib

Sharing is caring!


Sumqayıtdan Bakı şəhəri istiqamətinə təşkil edilən ekspres avtobuslarla 22 yanvar tarixində 98 reys həyata keçirilib, 2 891 sərnişin daşınıb.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, agentliyin məlumatında bildirilib ki, avtobusların son dayanacağa çatma müddəti təxminən 35 dəqiqə təşkil edib.

Xatırladaq ki, adıçəkilən marşrut xətti üzrə digər nəqliyyat vasitələri eyni məsafəni təxminən bir saat ərzində qət edə bilir.

Qeyd edək ki, ekspres avtobuslar Sumqayıt Avtovağzalı, Bağçalı evlər yaşayış kompleksi, Sumqayıt dairəsi, Ceyranbatan qəsəbəsi, “Avtovağzal” metro stansiyası, Bakı Beynəlxalq Avtovağzal Kompleksi marşrutu üzrə hərəkət edir.

Avtobuslarda gediş haqqı 0,80 manat təşkil edir. Ödənişlər nağdsız qaydada həyata keçirilir. “BakıKart” balansını artırmaq üçün həm Bakı Beynəlxalq Avtovağzal Kompleksi, həm də Sumqayıt avtovağzalında ödəniş terminalları yerləşdirilib. Sərnişinlər, həmçinin “BakıKart” mobil tətbiqi üzərindən QR kod vasitəsilə də ödənişlərini edə bilərlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir