Dünya

Tailandda rusiyalıların olduğu villaya basqın: Beş nəfər saxlanıldı – FOTO

Sharing is caring!


Tailandın Phuket adasında beş rusiyalı villada poker oynayarkən saxlanılıb.

Tailandda qeyri-qanuni qumar oyunlarının təşkili və qəlyan istifadəsi üzrə onları yerli həbsxanada 12 ilə qədər həbs cəzası gözləyir.

Yerli əhalinin rusiyalıların kart oynadıqları barədə məlumat sızdırmasından sonra polis villaya basqın edib və beş oğlanın poker oynadığını, qəlyan çəkdiyini görüb. Bütün oyunçular polis idarəsinə aparılıblar.

Hadisə yerindən bir kart stolu, iki kart qutusu, təxminən 356 min bat (17 min manatdan çox) dəyərində olan 88 kazino çipi (fişka) və qəlyan tütünü müsadirə edilib.

Qeyd edək ki, Tailandda yalnız marixuana çəkməyə icazə verilir. Elektron siqaret (hər küncdə satılmasına baxmayaraq) və qəlyan çəkməyə görə turistlər bir milyon bat (48 min manat) pul cəriməsi və ya 10 ilədək həbs cəzası ala bilərlər. Üstəlik, qumar oyunlarının təşkili üçün də iki il həbs təyin oluna bilər.

Hazırda polis rusiyalılarla iş aparır.

Mənbə: “SHOT” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir