Dünya

Peskov: “Türkiyə bizim üçün çox vacib tərəfdaşdır”

Sharing is caring!

“Türkiyə Qərbin anti-Rusiya sanksiyalarına qoşulmayıb və faktiki olaraq suveren, müstəqil xarici siyasət yürüdür”.

Bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “İzvestiya”ya bildirib.

O qeyd edib ki, Ankara Moskva üçün mühüm siyasi tərəfdaş və dost ölkədir:

“Şübhəsiz ki, Türkiyə bizim üçün dost ölkədir, Türkiyə həm siyasi məsələlərdə, həm beynəlxalq siyasət, həm də ticari-iqtisadi əməkdaşlıq baxımından bizim üçün çox vacib tərəfdaşdır”.

Kremlin sözçüsü həmçinin qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Türkiyənin müxtəlif vəziyyətlərdə, o cümlədən Ukraynadakı taxıl məsələsində vasitəçilik səylərini yüksək qiymətləndirib.

Türkiyə ilə, xüsusən də Ukrayna məsələsində fikir ayrılıqlarının olduğunu bildirən Peskov əlavə edib:

“Müxtəlif mövzularda, ümumilikdə Ukrayna ilə bağlı fikir ayrılıqlarımız var. Biz Türkiyənin Ukrayna məsələlərində yanaşması ilə razı deyilik, lakin səbirlə öz fikirlərimizi, arqumentlərimizi, əmin olduğumuz məsələləri türkiyəli tərəfdaşlarımıza çatdırmağa davam edirik”.

Peskov Türkiyə və Rusiyanın ikitərəfli münasibətlərini qarşılıqlı hörmət və fayda prinsipləri əsasında qurduqlarını bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir