Dünya

İranın daha bir universitetində tələbələr kütləvi şəkildə zəhərləniblər – FOTO

Sharing is caring!


İranda yeni tədris ilinin başlamasından az müddət keçməsinə baxmayaraq, bu dəfə Əbu-Əli Sina Universitetində bir qrup tələbə zəhərlənib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, İranın Elm və Təhsil Nazirliyi, habelə Səhiyyə Nazirliyi sözügedən universitetdə baş verən kütləvi zəhərlənmənin səbəbini hələ də açıqlamayıb. Universitet rəhbərliyi isə ətraf mühitin çirklənməsini tələbələrin zəhərlənməsinə səbəb olaraq göstəriblər.

Xatırladaq ki, bir müddət öncə Səbzivar şəhər Tibb Elmləri Universitetinin 46 tələbəsi də naməlum səbəbdən zəhərlənmişdi.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir