Cəmiyyət

Azadlığa qovuşmuş ərazilərdə gəncliyin təlim-tərbiyəsinə diqqət mühüm şərtdir

Sharing is caring!

        Prezident İlham Əliyevin cari ilin 17 oktyabr 2023-cü il tarixində “Füzuli şəhəri günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə vətəndaşlarımızın doğma yurdlarına dönməsi ilə bağlı gənc nəslin təlim-tərbiyəsinin təşkili məsələsinə geniş yer verdi və qarşıda duran vəzifələri müəyyənləşdirdi.

         İnsanın mənəviyyatca dolğun varlıq kimi təşəkkül tapması hələ uşaq bağçasından başlanır, məktəbdə formalaşır, bu proseslərdə qazanılmış nə varsa, həyat təcrübəsində özünü taparaq kamala yetir. Deməli kamil insan, bütün müsbət dəyərlərə malik cəmiyyət üzvü tərbiyə etməkdə fasilə ola bilməz və bu, ardıcıl xarakter daşıyan bir fəaliyyət sahəsidir. Həmin məqsəd uğrunda çalışmaq isə mövqeyimizdən, yaşımızdan, vəzifəmizdən asılı olmayaraq hamımızdan ötrü savab işdir.

          Bu, şüar deyil, ürəkdən gələn bir səsdir, milli ideyadır, gələcək nəsillərə yol göstərən yığcam konsepsiyadır.  Hər bir Azərbaycan vətəndaşının ürəyi təhsilin vəziyyəti üçün yanmalı, hər kəs vəzifəsindən, peşəsindən, mövqeyindən asılı olmayaraq bu müqəddəs iş üçün əlindən gələni etməlidir. Bu, ən vacib məsələ xüsusilə işğaldan azad olunmuş ərazilərdə diqqət mərkəzində olmalıdır.

        Təhsil sahəsində ümummmilli lider Heydər Əliyevin vəsiyyətləri layiqincə yerinə yetirilir, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına tam dəstək verilir, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri geniş miqyasda bəyənilir və həyata keçirilir. Xüsusən on illərdə ölkəmizdə aparılan məktəb tikintisi dünyanın inkişaf edən heç bir ölkəsində getməmişdir. Bunların nəticəsində müasir tədris sistemi bərqərar olur, milli təhsilimiz məzmunca müstəqil Azərbaycanın dövlətçilik prinsiplərinə xidmət əsasında, bəşəri dəyərlərə arxalanaraq formalaşır.        

 Füzulililərin gənc nəsli də öz doğma torpağına gəlməyə qərar verdi. Bu, doğrudan da böyük hadisədir, çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq. Artıq Füzulidə yeni məktəblər, uşaq bağcaları tədrisə hazırdır. Müasir tələblər əsasında tikilən tədris və təlim-tərbiyə ocaqlarında  tədris prosesini yüksək səviyyədə aparmaq üçün hər cür şərait yaradılıb, müasir fənn kabinetləri, laboratoriyalar, kompüter otaqlarıı, kitabxana, akt zalı fəaliyyətə başlayır.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə məktəb inşa olunub. Qazaxıstan Prezidentinin təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması iki xalq arasında dostluğun rəmzidir.

Ziya Qürbətov,

Cəlilabad rayon Suluçeşmə kənd

tam orta məktəbin müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir