İdman

“Çelsi” “Aston Villa” ilə sülh bağladı – VİDEO

Sharing is caring!




İngiltərə Premyer Liqasının 35-ci turunda Birmingem “Aston Villa”sı ilə London “Çelsi”si qarşılaşıb.

Görüş Birmingemdəki “Villa Park” stadionunda baş tutub və heç-heçə başa çatıb – 2:2.

Dördüncü dəqiqədə Mark Kukurellanın avtoqolu meydan sahiblərinə hesabda önə keçməyə imkan verib. 42-ci dəqiqədə Morqan Rocers dubl edib. London klubu ikinci hissədə Noni Madueke və Konor Qallaherin dəqiq zərbələri ilə cavab verib.

“Aston Villa” 35 matçda 67 xal toplayaraq turnir cədvəlində dördüncü pillədəki mövqeyini möhkəmləndirib. “Çelsi” eyni sayda matçdan sonra 48 xalla 9-cu yerdədir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir