Dünya

Britni Spirslə atasının məhkəməsi başa çatdı

Sharing is caring!




Müğənni Britni Spirs atası Ceymi Spirslə bağlı qəyyumluq iddiasını nəhayət ki, həll edib.

Pop ulduzun atası 2021-ci ildə qəyyumluqdan imtina etsə də, hüquqi mübarizə davam edib.

Tərəflər maliyyə məsələlərində razılığa gələ bilməyiblər. Xüsusilə, Ceymi Spirs qızının bir neçə milyon dollara çatan məhkəmə xərclərini ödəyəcəyinə ümid edib.

Məhkəmə razılaşmasının təfərrüatı açıqlanmayıb. Ceymi Spirsin vəkili Aleks Veynqartenin sözlərinə görə, tərəflər bütün həll edilməmiş məsələləri həll ediblər. Xatırladaq ki, Britni Spirs alkoqol və narkotik problemlərinə görə psixi xəstəxanaya yerləşdirildikdən sonra 2008-ci ildən atasının himayəsində olub.

Mənbə: snob.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir