Müharibə

Azərbaycan Ordusunun düşmənin hərbi infrastrukturunu məhv etməsinin görüntüləri – VİDEO

Sharing is caring!


“Caliber” Azərbaycan ordusunun Basarkeçər rayonunun Zod istiqamətində düşmənin hərbi infrastrukturunu məhv etməsinin görüntülərini paylaşıb.

Belə görünür, Brüsseldə keçirilməsi planlaşdırılan üçtərəfli görüş ərəfəsində Nikol Paşinyan 2020-ci ilin iyulu qaydasında yeni Tovuz təxribatı etmək qərarına gəlib.

 

Xatırladaq ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Müslüm Vidadi oğlu Mahmudlu başından ağır yaralanıb, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Orxan Elxan oğlu Novruzəlizadə isə şəhid olub. 

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir