Cəmiyyət

Ucar sakinlərinin NƏZƏRİNƏ: Qaz təchizatında fasilə yaranacaq

Sharing is caring!

Sabah Ucar rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Ucar” Qaz Paylayıcı Stansiyasında (QPS) aparılacaq təmir işləri ilə əlaqədar, iyulun 6-da saat 10:00-dan işlər başa çatanadək “Ucar” QPS-dən qidalanan “Ucar” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülən müddətdə Ucar rayonunun bir hissəsinin (Ucar şəhəri daxil olmaqla) qaz təchizatında fasilə yaranacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir