Cəmiyyət

Dövlətin əlbir iqtisadi inkişafı zamanın tələbidir.

Sharing is caring!

Azərbaycan xalqı əlamətdar və tarixi dövrü yaşayır. Xalqımız Azərbaycanın suverenliyini, konstitusiya quruluşunu bərpa etməsinin sevincini, qürurunu yaşayır. Otuz ildən sonra ərazilərimizdə mövcud olan “boz” zonanın aradan qaldırılması, separatizmə son qoyulması beynəlxalq hüququn və ədalətin təntənəsidir.

 Ölkəmiz müasir nəqliyyat və logistika infrastrukturu yaratmaqla təkcə mühüm nəqliyyat mərkəzinə çevrilmədi, həmçinin Şərq-Qərb və Şimal-Cənub dəhlizləri layihələrində iştirak edən ölkələr arasında əməkdaşlığa töhfələr verməkdə davam edir. “Beynəlxalq nəqliyyat layihələri ölkələr və xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. “Bir kəmər, bir yol” təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarəti, turizmi, xalqlar arasında təmasları təşviq edir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstərir. Dövlətimizin başçısı İlham Əliyev İƏT-in  Şuşada keçirilmiş tədbirinin iştirakçlarına ünvanladığı məktubda ölkəmizə xüsusi diqqətin, xalqlarımızın dostluğunun təsdiqi kimi dəyərləndirilərək qeyd edilir ki, birgə səylər əsasında əməkdaşlığımız irəliləyir, bundan sonrakı qarşılıqlı fəaliyyətin yolları müəyyənləşdirilir.

Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında iqtisadi münasibətlər tükənməz potensiala malikdir. Biz suveren ölkə kimi onlarla bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik. Regionda yeni reallıqların yaranması səbəbindən əməkdaşlığın perspektivləri iqtisadiyyatın bütün sahələri üzrə  meydana çıxır.

Qarabağın işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında olmaqla, dost dövlətlər yaxşı nümunə göstərdilər. Bundan əvvəl törədilən soyqırımlar, bir milyondan çox günahsız insanın doğma yurdundan didərgin düşməsi və mövcud işğal ilə Azərbaycan xalqına qarşı davam edən zülmlərin aradan qaldırılması heç bir vasitəçiliklə, diplomatik və siyasi danışıqlarla mümkün olmadı. Azərbaycanın Qarabağ Zəfəri nəticəsində yaranmış mövcud vəziyyət, cəbhədə qazanılan tarixi Qələbə həm Azərbaycan, həm də İƏT-ə üzv ölkələr üçün bundan sonra çox faydalı olacaq.

 Son illər ərzində infrastruktur layihələrinin və regional inkişaf proqramlarının uğurla həyata keçirilməsinin nəticəsi olaraq Azərbaycanın iqtisadi inkişafı üçün güclü baza formalaşıb. Davamlı iqtisadi inkişaf ən zəruri makroiqtisadi göstəricilərdən biri olan adambaşına düşən ÜDM-in həcmində özünü aydın şəkildə göstərmişdir. Azərbaycanda baş verən iqtisadi inkişaf bu gün dünyada heyrətlə qarşılanır. Azərbaycanın hər bir bölgəsində yeni, müasir tələblərə cavab verən infrastruktur yaradılır, elektrik stansiyaları tikilir, qaz və su kəmərləri çəkilir, yollar salınır. İnfrastrukturun yeniləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər eyni zamanda insanların rahatlığı, firavan yaşayışı üçün həyata keçirilən sosialyönümlü tədbirlərin mühüm tərkib hissəsidir.

İnanırıq ki, qalib Azərbaycanın beynəlxalq təşkilatlarla, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı ilə yaratdığı imkanlarından bütün region faydalanacaq.

                                                                                  Rəxşəndə Qazımova,

                                                            Lənkaran-Astara Regional Təhsil İdarəsi

                                       Cəlilabad rayon təhsil sektorunun aparıcı məsləhətçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir