Dünya

Yeni super qəhrəman filminin treyleri yayımlandı – VİDEO

Sharing is caring!


“Betmen” haqqında filmlərilə tanınan “DC Film Studios”un rəsmi “YouTube” kanalında yeni “Mavi böcək” super qəhrəman filminin treyleri yayımlanıb.

Süjetə əsasən Hayme Reyes adlı texaslı şagird ona yadplanetli kostyumu və fövqəltəbii güclər bəxş edən sirli bir artefakt tapır.

Filmdə baş rolu Şolo Mariduenya oynayacaq. Həmçinin aktyor heyətinə Bruna Markezini, Corc Lopez, Susan Sarandon və digər aktyorlar daxildir. Filmin rejissoru Anhel Manuel Sotodur.

Ekran əsərinin premyerası bu il avqustun 17-nə planlaşdırılıb.

Filmin Azərbaycan premyerası isə “CinemaPlus” kinoteatrlar şəbəkəsində baş tutacaq.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir