Dünya

ABŞ ordusunun iki helikopteri qəzaya uğradı: Ölənlər var – FOTO

Sharing is caring!


Alyaskada ABŞ ordusuna məxsus iki helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var.

Bu barədə hərbi komandanlıq məlumat yayıb.

Bildirilir ki, faciə Hili yaşayış məntəqəsi yaxınlığında, “AH-64 Apache” hücum helikopterləri təlim missiyasından qayıdarkən baş verib.

Məlumata görə, hər helikopterdə iki hərbi qulluqçudan ibarət ekipaj olub. Son məlumatlara görə, iki pilot yardım gələnə qədər, üçüncüsü isə xəstəxanaya yerləşdirildikdən qısa müddət sonra ölüb. Sağ qalan yeganə şəxs Feyrbenks xəstəxanasındadır. Onun səhhəti ilə bağlı təfərrüat açıqlanmır.

Qəzanın səbəbi hələ müəyyən edilməyib. Hadisə ilə bağlı istintaq davam edir.

Mənbə: İzvestiya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir