Siyasət

Deputat: “Akademik Zərifə Əliyevanın həyat fəlsəfəsi çoxşaxəli və zəngindir”

Sharing is caring!


“Oftalmologiya üzrə milli kadrların hazırlanmasında böyük rol oynayan, elmin bu sahəsinin inkişafına dəyərli töhfələr verən akademik Zərifə Əliyevanın həyat fəlsəfəsi çoxşaxəli və zəngindir”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Nəsillərə nümunə olan ömür yolu” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, Z.Əliyeva beynəlxalq konfrans və simpoziumlarda alimlərin müzakirə mövzusuna çevrilən elmi nailiyyətləri Azərbaycan səhiyyəsinin dünyada daha geniş tanınmasına imkan verib:

“Azərbaycanın görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım çox zəngin və mənalı ömür yolu keçib. Müasirləri tərəfindən “Cəmiyyətin təbibi” adlandırılan Əziz Əliyevin ömür yolu onun üçün əsl həyat məktəbi olub. Azərbaycan Dövlət Tibb Universitetini bitirəndən sonra Moskvada Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsil alan, sıravi həkimlikdən akademik zirvəsinə ucalan Zərifə Əliyevanın elmi araşdırmaları, alim kimi qazandığı böyük uğurlar Azərbaycanın tibb elmi tarixində xüsusi yer tutur”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir