Cəmiyyət

COP29-un əhəmiyyəti

Sharing is caring!

    Dünyanın ən böyük beynəlxalq konfransı – COP29-da 100-dən çox dövlətin nümayəndəsi iştirak etdiyi üçün və bir çox göstəricilərinə görə kifayət qədər yüksək səviyyəli tədbir hesab olunur. Xüsusilə ətraf mühitin mühafizəsi, ekologiya, yaşıl enerji sahələrində ixtisaslaşan qurumların təmsilçilərinin qatıldığı mötəbər tədbirdə hər bir dövlətin özünəməxsus formada pavilyonu olur. İqlim dəyişmələrinə həsr edilmiş sonuncu COP28 konfransı bizim üçün həm də ona görə əlamətdar oldu ki, orada növbəti tədbirin 2024-cü ildə məhz Azərbaycanda keçirilməsi ilə bağlı çox ciddi qərar qəbul olundu. Əslində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası Azərbaycan üçün həm də siyasi baxımdan önəm daşıyır.

   Siyasi nöqteyi-nəzərdən konfransın ölkəmizdə keçirilməsi beynəlxalq münasibətlər sistemində məhz Azərbaycanın rolunun daha da inkişafına və onun yerinin güclənməsinə gətirib çıxaracaq: “Çünki Azərbaycanda, yəni, Cənubi Qafqaz bölgəsində yaşıl ərazinin yaradılması önəmlidir. Vaxtilə ölkəmizin beşdəbir hissəsi işğal altında qalanda Ermənistan orada boz zona yaratmışdı. Bu zonada işğalçılıq siyasəti nəticəsində respublikamızın florası və faunası məhv edilmişdi. Eləcə də Azərbaycanın mədəni irsi, mədəni abidələri, şəhər, qəsəbə, kəndləri dağıdılıb, kənd təsərrüfatı ziyan görmüşdü. Arıq torpaqlarımız 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunub. Azərbaycanın həmin ərazilərdə alternativ, yaşıl enerjilər, karbohidrogen və karbon qazlarından azad olan seqmentlər üzrə inkişaf etdirilməsi yanaşmasının ortaya qoyulması faktiki olaraq yaşıl enerjiyə yeni münasibətin sərgilənməsindən və həmin sahədə siyasətin formalaşmasından xəbər verir. Məhz bu səbəbdən də vaxtilə boz zona olan əraziləri yaşıl zonaya çevirmək niyyətində olan Azərbaycan üçün 29-cu sessiyanın ölkəmizdə keçirilməsi olduqca vacibdir.

     Odur ki, həmin mötəbər tədbirin “Yaşıl dünya naminə həmrəylik ili”ndə keçirilməsi nəticəsində Azərbaycan özünün ən müsbət tərəflərini dünyaya çatdıra biləcək. Eyni zamanda, ölkəmiz həmin istiqamətlər üzrə yaxın bir neçə 10 illiyə hesablanmış yeni siyasətin formalaşdırılması üçün çox əlverişli imkanlar qazanacaq. Yəni, bu baxımdan düşünürəm ki, konfrans çox əhəmiyyətli tədbirdir. “Yaşıl dünya naminə həmrəylik ili”ndə isə Azərbaycanın bütün dövlət, özəl qurumları bu və ya digər formada birbaşa və ya dolayışı ilə adıçəkilən proseslərdə fəal iştirak etməklə dövlətin bununla bağlı mövcud siyasətinə də dəstək vermiş olacaqlar”.

Ramella İsmayılova

Saatlı şəhər Bülbül adına UMM-nin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir