İqtisadiyyat

Yararsız bioloji fəallığa malik qida məhsulu məhv edilib

Sharing is caring!

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yararsız bioloji fəallığa malik qida məhsulunu məhv edib.

Bu barədə Oxu.Az-a AQTA-dan məlumat verilib.

Nəzarət tədbirləri çərçivəsində agentliyin müfəttişləri tərəfindən “Jala Pharma” MMC-nin idxal etdiyi, Rumıniyada fəaliyyət göstərən “S.C.Laboratoarele Medica S.R.L” şirkətinin istehsalı olan, ümumi çəkisi 217 kq “Zink Godarov Kapsul №30” adlı 10 000 ədəd bioloji fəallığa malik qida məhsulu partiyasından nümunələr götürülüb.

Müayinələr nəticəsində məhsul partiyasında ağır metalların (qurğuşun (Pb), kadmium (Cd)) miqdarının normadan artıq olduğu aşkar edilib. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib, istehlaka yararsız bioloji aktiv qida məhsulu məhv edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir