Cəmiyyət

Azərbaycanda ötən il onminlərlə insanı heyvan dişləyib – STATİSTİKA

Ötən il ümumilikdə 43 968 nəfər ölkə vətəndaşı heyvan dişləməsinə məruz qalıb. Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, onlardan 24 220 məlum, 19 748 naməlum heyvan tərəfindən qeydə alınan dişləmə hadisələridir. 2023-cü ildə Bakı şəhəri üzrə qeydə alınan dişləmə hadisələrinin sayı isə 10 430 olub. Əzizə İsmayılova Xeberal.az

Cəmiyyət

Gülay Zeynallı Kamil Zeynallının həbsindən DANIŞDI – VİDEO

“Mən istəmirəm bizim qızımız atasız yaşasın”. Bu sözləri MTV-nin efirində yayımlanan verilişlərin birində dünən Rusiyada saxlanılan Kamil Zeynallının həyat yoldaşı, müğənni Gülay Zeynallı deyib. O, hadisəni gecə saatlarında elə Kamilin özündən öyrəndiyini deyib. “Gecə saat 3 idi, Kamil zəng etdi və hadisəni dedi. Sahilə artıq böyük qızdır, mən ona hər şeyi izah etmişəm. Gecədən yatmayıb. […]

Dünya

Britaniyada sınaqlar zamanı uğursuzluq: Raket müdafiə nazirinin olduğu sualtı qayığın yanına düşdü – FOTO

Böyük Britaniya Hərbi Dəniz Qüvvələri təmir olunmuş “HMS Vanguard” nüvə sualtı qayığından “Trident II D5” ballistik raketinin buraxılışını həyata keçirib, ancaq sınaq uğursuzluqla nəticələnib. Mənbənin məlumatına görə, raket buraxıldıqdan sonra dərhal kursdan çıxıb və göyərtəsində Böyük Britaniyanın müdafiə naziri Qrant Şepps, həmçinin Birinci Dəniz Lordu (HDQ rəhbəri) admiral Ben Kinin olduğu sualtı qayığın yanına düşüb. […]

Müsahibə

Roland Bicamov: “Ermənistan həm İran, həm də Rusiya ilə münasibətləri korlayır” – MÜSAHİBƏ

Bölgədə xarici qüvvələrin olması səbəbindən İrəvanla Tehran arasında ciddi gərginlik yaranıb və bu, İran Prezidenti İbrahim Rəisinin Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanla bu yaxınlarda keçirdiyi görüşdə dediyi kimi, nəinki vəziyyəti həll etmir, əksinə, daha böyük problem yaradır. Ermənistanın “Qraparak” qəzeti, öz növbəsində, qeyd edir ki, baş nazirin müavini Mqer Qriqoryanın rəhbərlik etdiyi Ermənistan nümayəndə […]

Cəmiyyət

Tofiq Bəhramov stadionu “Qarabağ”ın oyununa hazırdır? – AÇIQLAMA

“Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliya klubu “Braqa”ya qarşı keçirəcəyi oyun üçün son tamamlanma işləri görülür”. Bu barədə “Report”a açıqlamasında arenanın direktoru Tələt Məmmədov məlumat verib. O bildirib ki, hazırda stadionda hər şey qaydasındadır, heç bir problem yoxdur. T.Məmmədov arenada ötən ilin dekabrında uçan dam örtüyünün bərpası ilə bağlı […]

Cəmiyyət

Ağdaşda ana ölümü baş verib

Ağdaş rayonunda ana ölümü baş verib. Oxu.Az-ın məlumatına görə, 1991-ci il təvəllüdlü Nübar Mərdanova bir neçə gün əvvəl xəstəxanada qeysəriyyə əməliyyatı olub. Bu gün isə o, orada vəfat edib. Faktla bağlı araşdırma aparılır. İlhamə Əbülfət Xeberal.az

Dünya

Tramp Rusiyanı Napoleon və Hitleri məğlub edən “müharibə maşını” adlandırıb

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Rusiyanı Napoleon Bonapart və Adolf Hitleri məğlub edən “müharibə maşını” adlandırıb. Keçmiş ABŞ liderinin sözlərinə görə, Rusiya Avropa ölkələrindən böyükdür. O, ABŞ-nin NATO müttəfiqlərinin müdafiə xərclərini artırmasının vacibliyinə işarə edib, çünki Vaşinqtonla fərq hazırda 150 milyard dollardır. Daha əvvəl Respublikaçılar Partiyasından prezidentliyə namizəd Nikki Heyli deyib ki, Tramp bəyanatlarında Rusiyanın […]

Dünya

Aİ səfirləri Rusiyaya qarşı 13-cü sanksiyalar paketini razılaşdırdılar: 200-ə yaxın şəxs daxil olacaq

Avropa İttifaqı (Aİ) səfirləri Rusiyaya qarşı 13-cü sanksiyalar paketini razılaşdırıblar. Bu barədə Belçikanın Aİ Şurasına sədrliyinin “X” hesabında məlumat verilib. Məlumata görə, sanksiyalar paketi fevralın 24-dək qüvvəyə minəcək. “Aİ səfirləri indicə 13-cü sanksiyalar paketi ilə bağlı prinsipial razılığa gəldilər. İndi paket Aİ Şurası tərəfindən yazılı təsdiq prosedurundan keçəcək və fevralın 24-dək rəsmi şəkildə təsdiqlənəcək”, – […]

Siyasət

Prezidentin sosial siyasəti: Böyük nəticələr və qarşıya qoyulan vəzifələr – ŞƏRH

Azərbaycanın iqtisadiyyatı 2003-cü ildən bu yana xeyli inkişaf edib. Rəqəmlərə nəzər yetirdikdə nəticənin təsəvvürəgəlməz dərəcədəki böyüklüyü görünür. Təbii ki, iqtisadiyyatın inkişaf etməsi əhalinin sosial rifah səviyyəsinə də müsbət mənada böyük təsir göstərib. Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimində çıxış edərkən bir sıra rəqəmlər səsləndirib. Dövlət başçısı qeyd edib ki, sosial sahədə görülmüş işlər də […]

Cəmiyyət

Azərbaycanda kino ittifaqlarının rəsmi birləşməsinin və sədr seçkisinin tarixi bilinib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransının vaxtı məlum olub. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi rejissor Əlisa Cabbarov APA-nın sorğusuna cavab olaraq bildirib ki, konfrans martın 5-də keçiriləcək. “Konfransın gündəliyində duran məsələlərə birləşmiş kino ittifaqının yaradılmasının rəsmiləşdirilməsi və eləcə də ona sədr və idarə heyətinin seçilməsi daxildir”, – deyə katib qeyd […]