Dünya

Tramp Rusiyanı Napoleon və Hitleri məğlub edən “müharibə maşını” adlandırıb

Sharing is caring!


ABŞ-nin keçmiş prezidenti Donald Tramp Rusiyanı Napoleon Bonapart və Adolf Hitleri məğlub edən “müharibə maşını” adlandırıb.

Keçmiş ABŞ liderinin sözlərinə görə, Rusiya Avropa ölkələrindən böyükdür. O, ABŞ-nin NATO müttəfiqlərinin müdafiə xərclərini artırmasının vacibliyinə işarə edib, çünki Vaşinqtonla fərq hazırda 150 milyard dollardır.

Daha əvvəl Respublikaçılar Partiyasından prezidentliyə namizəd Nikki Heyli deyib ki, Tramp bəyanatlarında Rusiyanın NATO ölkələrinə hücumlarını təşviq etməklə, Rusiya lideri Vladimir Putinə bu cür hərəkətlər etmək səlahiyyəti verir.

Fevralın 11-də Tramp bildirib ki, əgər bu ölkələr müdafiəyə büdcənin iki faizini ayırmaq barədə razılaşmalara əməl etməkdən imtina edərlərsə, Rusiya tərəfindən NATO ölkələrinə potensial hücumları dəstəkləyəcək.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir