Cəmiyyət

Bakıda 14 yaşlı motosikletçi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

Sharing is caring!


Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Şüvəlan qəsəbəsində 2009-cu il təvəllüdlü Hüseyn Rafael oğlu Hüseynlinin idarə etdiyi motosiklet avtomobillə toqquşub.

Hadisə zamanı xəsarət alan H.Hüseynli təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir