Dünya

Britaniyada sınaqlar zamanı uğursuzluq: Raket müdafiə nazirinin olduğu sualtı qayığın yanına düşdü – FOTO

Sharing is caring!


Böyük Britaniya Hərbi Dəniz Qüvvələri təmir olunmuş “HMS Vanguard” nüvə sualtı qayığından “Trident II D5” ballistik raketinin buraxılışını həyata keçirib, ancaq sınaq uğursuzluqla nəticələnib.

Mənbənin məlumatına görə, raket buraxıldıqdan sonra dərhal kursdan çıxıb və göyərtəsində Böyük Britaniyanın müdafiə naziri Qrant Şepps, həmçinin Birinci Dəniz Lordu (HDQ rəhbəri) admiral Ben Kinin olduğu sualtı qayığın yanına düşüb.

İnsidentin yanvarın 30-da Atlantik okeanda ABŞ-nin Florida ştatının sahillərində təlim missiyası zamanı baş verib. “Trident II D5”in Braziliya və Qərbi Afrika arasında, Atlantik okeanın mərkəzində hədəf nöqtəsini vurmaq üçün təxminən 6 min km uçacağı güman edilirdi.

Uğursuzluğun səbəbinin müəyyən edilməsi üçün araşdırma başlanılıb. Həmçinin Böyük Britaniya Kanaveral limanında dəniz dibindən raket hissələrinin çıxarılması üçün axtarış əməliyyatına başlayıb.

Böyük Britaniya Müdafiə Nazirliyi buraxılış zamanı baş verən uğursuzluğu mənbəyə təsdiqləyib.

“Sınaq zamanı anomaliya baş verdi. Milli təhlükəsizlik səbəbi ilə bu mövzu barədə əlavə məlumat verə bilmərik”, – deyə departamentin açıqlamasında bildirilib.

Mənbədən qeyd edilib ki, 21-ci əsrdə Britaniya Hərbi Dəniz Qüvvələri “Trident II D5” raketlərini beş dəfə buraxıb, sonuncu sınaq 2016-cı ildə baş verib. Həmin vaxt Florida sahillərində “HMS Vengeance” sualtı qayığı tərəfindən atılan ballistik raketin 9 min km uçaraq Atlantik Okeanın cənubunda Yüksəliş adasının (Ascension Island) cənub-şərqindəki hədəfi vurması nəzərdə tutulurdu. Lakin ABŞ-nin “Lockheed Martin” şirkəti tərəfindən istehsal edilən raket kursdan çıxıb və avtomatik olaraq özünü məhv edib.

Mənbə: The Sun

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir