Cəmiyyət

Gülay Zeynallı Kamil Zeynallının həbsindən DANIŞDI – VİDEO

Sharing is caring!


“Mən istəmirəm bizim qızımız atasız yaşasın”.

Bu sözləri MTV-nin efirində yayımlanan verilişlərin birində dünən Rusiyada saxlanılan Kamil Zeynallının həyat yoldaşı, müğənni Gülay Zeynallı deyib.

O, hadisəni gecə saatlarında elə Kamilin özündən öyrəndiyini deyib.

“Gecə saat 3 idi, Kamil zəng etdi və hadisəni dedi. Sahilə artıq böyük qızdır, mən ona hər şeyi izah etmişəm. Gecədən yatmayıb. Mən dövlətimizdən, prezidentimizdən Kamilə kömək etməklərini xahiş edirəm”, – deyə müğənni qeyd edib.  

Qeyd edək ki, Kamil Zeynallı 2010-cu ildə müğənni Gülay Zeynallı ilə ailə həyatı qurub. Onların bu münasibətdən bir qızı var.

Xatırladaq ki, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir