Siyasət

Nyu-Yorkda Amerika Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib – FOTO

Sharing is caring!


ABŞ-nin Nyu-York şəhərində yerləşən Türk Evində Amerika Azərbaycanlıları Koordinasiya Şurasının (AAKŞ) toplantısı keçirilib.

Toplantıda ABŞ-nin doqquz ştatından 15 təşkilatın 22 nümayəndəsi, Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın ABŞ-dəki səfirliyinin və BMT yanındakı daimi nümayəndəliyinin əməkdaşları iştirak ediblər.

Azərbaycan və ABŞ-nin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan toplantıda müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Toplantı iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev qurumun fəaliyyəti barədə geniş hesabatla çıxış edib. Komitənin çoxşaxəli fəaliyyət istiqamətləri, Koordinasiya şuraları, Azərbaycan evləri, həftəsonu Azərbaycan məktəbləri və Diaspor Gənclərinin Yay düşərgələri kimi layihələri nəzərə çatdırıb.

Sonra xalqımızın böyük Zəfərini əks etdirən videoçarx nümayiş etdirilib.

Amerika Azərbaycanlıları Koordinasiya Şurasının “Alliance of Azerbaijani Organizations” adı ilə ABŞ-də rəsmi qeydiyyatdan keçdikdən sonra baş tutan ilk toplantısı fəal müzakirələrlə davam etdirilib.

Tədbirdə çıxış edənlər ABŞ-də Azərbaycan diasporunun fəaliyyəti və AAKŞ-nin 2023-cü il ərzində fəaliyyətindən, qarşıdakı plan və perspektivlərdən danışıblar.

Daha sonra AAKŞ üzvlüyünə beş yeni təşkilat qəbul edilib. Beləliklə, AAKŞ-yə üzv təşkilatların sayı 18-ə çatıb.

Toplantının sonunda AAKŞ-nin strukturuna səsvermə yolu ilə seçki keçirilib. AAKŞ İdarə Heyətinin, Məşvərət Şurasının üzvləri və prezident seçilib. Qarşıda duran məsələlərin həlli məqsədilə İşçi Qrup da yaradılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir