İdman

“Sevilya”nın əfsanəsi komandadan ayrılır – FOTO

Sharing is caring!




İspaniyanın “Sevilya” klubunda çıxış edən Xesus Navas komandadan gedir.

“Sevilya” klubunun rəsmi hesabında futbolçu ilə mövsümün sonunda yolları ayıracaqları bildirilib.

“Qırmızı-ağlar”la indiyədək ümumilikdə 688 oyunda meydana çıxan Xesus Navas 39 qol, 115 məhsuldar ötürmə ilə yadda qalıb. Xesus Navas “Sevilya” forması ilə ümumilikdə səkkiz kubokun sahibi olub. Bunlardan dördü UEFA Avropa Liqası, ikisi İspaniya Kuboku, ikisi isə İspaniya Superkubokunda qazanılıb.

Qeyd edək ki, Xesus Navas mayın 16-da doğma meydanda “Barselona” ilə görüşdən sonra azarkeşlərlə vidalaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Mənbə: Marca.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir