Cəmiyyət

Tofiq Bəhramov stadionu “Qarabağ”ın oyununa hazırdır? – AÇIQLAMA

Sharing is caring!


“Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliya klubu “Braqa”ya qarşı keçirəcəyi oyun üçün son tamamlanma işləri görülür”.

Bu barədə “Report”a açıqlamasında arenanın direktoru Tələt Məmmədov məlumat verib.

O bildirib ki, hazırda stadionda hər şey qaydasındadır, heç bir problem yoxdur.

T.Məmmədov arenada ötən ilin dekabrında uçan dam örtüyünün bərpası ilə bağlı Türkiyədən sifariş verilən tavanın nə zaman gətiriləcəyinin hələ dəqiq bilinmədiyini sözlərinə əlavə edib:

“Bu, müəyyən zaman tələb edir. Bu işlə sığorta şirkəti məşğuldur. Çünki stadion sığortalanmışdı. Nə zaman gətiriləcəyi barədə hələ dəqiq informasiya yoxdur”.

Qeyd edək ki, fevralın 22-də keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında Portuqaliyada baş tutan ilk görüşdə Azərbaycan çempionu 4:2 hesablı qələbə qazanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir