Siyasət

Azərbaycan və İsveçrə XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Bakı şəhərində Azərbaycan Respublikası və İsveçrə Konfederasiyasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, Azərbaycanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, İsveçrə Konfederasiyasının nümayəndə heyətinə Federal Xarici İşlər Departamentinin Dövlət katibinin köməkçisi, Avrasiya idarəsinin müdiri xanım Müriel Peneveyre rəhbərlik edib. Görüş […]

Dünya

Ukraynalı nazir: “Kifayət qədər silah istehsalı imkanlarına malikik” – MÜSAHİBƏ + FOTO

“Bizim əsas fəlsəfəmiz ondan ibarətdir ki, döyüş meydanındakı robot sistemlər bizə əsgərlərimizi cəbhə xəttindən uzaqlaşdırmağa imkan verir. Əsas dəyərimiz olan hərbçilərin həyatını xilas edir”. Bunu Ukraynanın Strateji sənayelər naziri Oleksandr Kalmışin “Report”un Şərqi Avropa bürosuna müsahibəsində ölkənin hərbi sənayesi ilə bağlı yeniliklər, yeni silahlar barədə müsahibəsində danışıb. Müsahibəni təqdim edirik. – Son vaxtlar Ukrayna hərbi […]

Cəmiyyət

Ukraynaya kütləvi hücum: Azərbaycanlıların evləri darmadağın oldu – VİDEO

Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. O bildirib ki, ötən gecə Xarkov, Nikolayev və Xerson vilayətləri kütləvi hücuma məruz qalıb. “Zaporojye, Nikolayev və Xerson vilayətlərində Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarına cəhd etdiyi bildirilir. Lakin hələlik nəticə əldə olunmayıb”, – deyə jurnalist əlavə edib.  M.Aslanov Xarkovda […]

Dünya

Türkiyənin ilk astronavtı Gezeravcı Yerə qayıtdı – VİDEO

Türkiyənin ilk astronavtı Alper Gezeravcının da olduğu “Axiom-3” (Ax-3) heyətini daşıyan “Dragon” kapsulu Florida sahillərində okeana enib. Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə “Axiom Space” şirkəti özünün sosial şəbəkə hesabından xəbər verib. Şirkət həmçinin “Ax-3” heyətinin Beynəlxalq Kosmik Stansiyadan (BKS) dünyaya dönmə prosesini canlı yayımlayıb. Kapsulun yerüstü ekipaj tərəfindən götürüləcəyi gözlənilir. Welcome back to Earth, […]

Cəmiyyət

Avtomobillərin utilizasiyası proseduru müəyyənləşib

Nazirlər Kabineti “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə dəyişiklik edib. APA-nın xəbərinə görə, qərara əsasən, utilizasiyaya verilməzdən əvvəl nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Bu məqsədlə nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən bu Əsasnamədə […]

Kriminal

Qadını yeddi il əvvəl öldürərək basdıran şəxsin atası və tanışına da hökm oxundu

Ağsu Rayon Məhkəməsində qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmədə təqsirləndirilən Bilal Vəliyev və Arif Manafovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Babək Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar onlara cəza təyin edilməyib. Təqsirləndirilən şəxslər barəsində seçilmiş […]

Dünya

Selçuk Bayraktar: “Birliyimiz əbədi olsun” – FOTO

“Akıncı” qardaş torpaqdakı yeni yuvasında. Azərbaycanda “Bayraktar Akıncı”nın anqarının açılışını və təhvil mərasimini keçirdik”. Bu sözləri özünün “X” hesabında Azərbaycandakı Hərbi Hava Qüvvələrinin hərbi obyektində silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının təqdimetmə mərasimində iştirak edən Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar yazıb. “Birliyimiz əbədi olsun”, – S.Bayraktar paylaşımında qeyd edib. #AKINCI’lar kardeş topraklardaki yeni […]

Cəmiyyət

Onlayn alış-veriş zamanı hansı amillərə diqqət edilməlidir? – VİDEO

Müasir dövrdə alış-verişin ən çox yayılan formalarından biri də onlayn ticarətdir. Geyimdən tutmuş, məişət texnikasına qədər internet üzərindən alınan brend malların qiyməti isə daha ucuz olur. Maraqlıdır ki, insanlar onlayn alış-veriş zamanı hansı amillərə diqqət etməlidirlər? ATV-nin “Xəbərin olsun” proqramı məsələ ilə bağlı videosüjet hazırlayıb. Həmin süjeti təqdim edirik: Xeberal.az

Cəmiyyət

Naxçıvan Muxtar Respublikasının 100 illik yubiley loqotipi təsdiq olunub

Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamına əsasən, muxtar respublikanın yubileyinin keçirilməsi ilə bağlı yaradılan təşkilat komitəsi üzvlərinin seçimi ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubiley loqotipi təsdiq edilib. Oxu.Az xəbər verir ki, loqotipin müəllifi Naxçıvan Rəssamlar Birliyinin üzvü Nahid Əliyevdir. Loqotipdə Naxçıvanın rəmzi […]

Cəmiyyət

Hacıqabul Sənaye Məhəlləsində məhsul istehsalı üç dəfədən çox artıb

Hacıqabul Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən bu günə qədər 45,6 milyon manat investisiya yatırılıb, mövcud layihələr üzrə əlavə olaraq 119 milyon manat investisiyanın da yatırılması nəzərdə tutulur. İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsində indiyədək 162 milyon manatdan çox məhsul istehsal edilib. Eyni zamanda Sənaye Məhəlləsində məhsul istehsalında müsbət dinamika müşahidə olunur. Statistik […]