Tədbirlər

Salyan gəncləri üçün “Münaqişələrin idarə edilməsi”
adlı təlim keçirilib

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan nümayəndəliyində “İnkişafa mərkəzdən başla!” layihəsi çərçivəsində “Münaqişələrin idarə edilməsi” adlı təlim keçirilib.

Təlimçi Fatimə Koroğluyeva gənclərə “Konflikt”, “Münaqişələrin mənfi və müsbət tərəfləri”, “Münaqişələrin baş vermə səbəbləri və həll yolları”, “Kilman modeli”, “Qeyri-zorakı ünsiyyət” və “Qeyri-zorakı ünsiyyət modeli” haqqında məlumat verib.

Daha sonra interaktiv keçən təlim əsasında gənclər “Bacardığın qədər çox qazan” simulyasiya oyunu oynayıb və müxtəlif enercayzerlər ediblər. Daha sonra gənclər son bir ayda rastlaşdıqları konflikt hallarını qeyd edib və müzakirə ediblər.

Sonda gənclər təlimin qiymətləndirilməsini aparıb.
Təlim region gənclərinin şəxsi inkişafına töhfə vermək üçün keçirilib.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.