İdman

“Mançester Siti” “Brayton”a rəhm etmədi – VİDEO

Sharing is caring!




İngiltərə Premyer Liqasının növbəti turu “Mançester Siti” üçün böyük hesablı qələbə ilə əlamətdar olub.

“Şəhərlilər” səfərdə “Brayton”u darmadağın ediblər.

Qvardiolanın yetirmələri ev sahiblərinə göz açmağa imkana verməyərək 4 cavabsız qolla qalib gəliblər. Komandanın heyətində Foden dubla imza atıb.

Beləliklə də, hazırda “Mançester Siti” 76 xalla turnir cədvəlində ikincidir. İlk pilləni tutan “Arsenal” onlardan cəmi bir xal qabaqda olsa da, “Siti”nin ehtiyatda oyunu var.

“Brayton”a gəlincə, klub turnir cədvəlində 44 xalla 11-cı sırada qərarlaşıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir