Cəmiyyət

Üç uşaq anasının yardıma ehtiyacı var: “Övladlarıma görə yaşamaq istəyirəm” – FOTO

Sharing is caring!


Rəqsanə Rüstəmovanın müalicə üçün yardıma ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun özü məlumat verib.

O bildirib ki, artıq doqquz ildir onkoloji xəstədir.

“Artıq doqquz ildir ki, süd vəzi xərçəngindən əziyyət çəkirəm. Əvvəllər müalicələrimi vaxtlı-vaxtında edə bilsəm də, indi buna imkanım yoxdur. Üç övladım var, yoldaşım isə artıq iki ildir həbs edilib”.

Rəqsanə Rüstəmova yardımsevər şəxslərdən ona dəstək olmalarını xahiş edir:

“Hazırda iki aylıq müalicə kursu keçməliyəm. Bunun üçün 1 500 manata ehtiyacımız var. Müalicə müddətindən sonra isə Türkiyədə əməliyyat olmalıyam. Bu əməliyyatın məbləği isə 3 000 manatdır. Xəstəliyimə və uşaqlarıma görə işləyə bilmirəm. Qayınanam restoranların birində qabyuyan işləyir. İnanın ki, yemək almağı ancaq çatdırırıq. Yardımsevər şəxslərdən mənə dəstək olmağı xahiş edirəm. Övladlarıma görə yaşamaq istəyirəm”.

Ailə ilə əlaqə: (070) 542-86-26

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir