Dünya

Dardanel boğazında yük gəmisi yandı: Hərəkət dayandırıldı – FOTO/VİDEO

Sharing is caring!




Barbados bayrağı altında üzən “Ak Discovery” yük gəmisində Dardanel boğazından keçərkən yanğın baş verib.

Türkiyə Sahil Mühafizəsi üzrə Baş İdarəsinin “X” hesabında verdiyi məlumata görə, boğazdan keçən nəqliyyatın hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq bağlanıb.

“Dardanel boğazı ərazisində Misirdən Bolqarıstana doğru hərəkət edən 107 metrlik “Ak Discovery” yük gəmisinin maşın bölməsində yanğınla bağlı həyəcan siqnalı daxil olub. Gəminin olduğu yerə xilasetmə katerləri göndərilib və yanğının söndürülməsinə başlanılıb. Boğaz hər iki istiqamətdə müvəqqəti olaraq bağlanıb”, – deyə idarədən bildirilib.

Yük gəmisinin ekipajının təxliyə edildiyi qeyd edilir.

Məlumata görə, bir nəfər yaralanıb.

Mənbə: TRT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir